Husilər Səudiyyə Ərəbistanında “Aramco” obyektlərinə hücum etdiklərini bildirib

Husilər Səudiyyə Ərəbistanında “Aramco” obyektlərinə hücum etdiklərini bildirib
DÜNYA
22:00 11.10.2026
185
Yəməndə fəaliyyət göstərən husilərin "Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının şərqində "Saudi Aramco” şirkətinə məxsus qaz stansiyasına və neft emalı zavoduna hücum etdiyini bildirib.

Hərəkat bu barədə "Telegram” kanalında məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, Şərq əyalətinin Şayba bölgəsində yerləşən "Aramco” qaz stansiyasında güclü yanğınlar baş verib.

Həmçinin Tanacib bölgəsindəki "Aramco” neft emalı zavodunda da yanğın başladığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl husilər Səudiyyə Ərəbistanının hava limanlarını mümkün hücumların hədəfi elan etmiş və həmin obyektlərdən istifadə etməməyə çağırmışdılar.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR