Husilər Səudiyyə Ərəbistanının Dammam hava limanını dronlarla hədəf alıb

Husilər Səudiyyə Ərəbistanının Dammam hava limanını dronlarla hədəf alıb
DÜNYA
22:59 02.11.2026
257
Yəməndəki "Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının dərinliklərində pilotsuz uçuş aparatları ilə əməliyyat həyata keçirib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu husilərin hərbi qanadının sözçüsü Yahya Səriyə açıqlayıb.

O bildirib ki, son 48 saat ərzində hərəkatın Silahlı Qüvvələri iki mərhələdə iki dronla Dammam hava limanını hədəfə alıb.

Onun sözlərinə görə, əməliyyat uğurla nəticələnib və hava limanında uçuşların dayandırılmasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR