Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatı ölkənin müvəqqəti paytaxtı funksiyasını yerinə yetirən Ədən şəhərindəki Əl-Maaşik prezident sarayına bir neçə raket zərbəsi endirib.
Bu barədə husilərin nəzarətində olan SABA agentliyi məlumat yayıb.
Agentliyə danışan hərbi mənbənin bildirdiyinə görə, hücumun əsas hədəfi Əl-Maaşik sarayında Səudiyyə Ərəbistanı zabitlərinin rəhbərlik etdiyi operativ qərargah və onlara məxsus silah anbarları olub.
Öz növbəsində, Yəmənin İnformasiya Nazirliyi "X" sosial şəbəkəsindəki rəsmi hesabında bildirib ki, prezident sarayının husilər tərəfindən raket atəşinə tutulması nəticəsində ölkənin baş naziri Şaya əz-Zindani və hökumət üzvləri xəsarət almayıblar.
Qurumun ilkin məlumatına görə, hücum nəticəsində baş naziri müşayiət edən heyətin iki üzvü həlak olub.
///oxu.az///











































