Hövsan sakini naməlum şəraitdə möhkəm döyüldü

Hövsan sakini naməlum şəraitdə möhkəm döyüldü
Bütün Xəbərlər
07:41 06.11.2012
870
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində döyülmə hadisəsi baş verib. Çörək almaq adıyla evdən çıxan qəsəbə sakini naməlum şəraitdə möhkəm döyülüb. Oqtay Şabanov küçəsi 57 ünvanında yaşayan 35 yaşlı Qasımov Elşən Əlihadı oğlunun valideynləri bildirir ki, Elşən Evdən çıxan zaman heç bir şey deməyib və çörək almaq niyyəti ilə dükana yollanıb.Ancaq uzun müddət keçməsinə baxmayaraq, Elşənin qayıtmaması ailə üzvlərini narahat edib. Bir qədər sonra küçəyə çıxan anası Qasımovun mobil telefonunu və ayaqqabılarını yaşadıqları evin yaxınlığında aşkar etsə də, özünü tapmaq mümkün olmur. Bir qədər sonra isə polis bölməsinin əməkdaşları Elşənin xəsarət alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirildiyini ailəyə xəbər verir.Məlumata görə, Elşən Qasımov xəstəxanaya gətirilən zaman həkimlər ona qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu təyin ediblər. Qasımov gətirilən zaman həm də huşsuz vəziyyətdə olub. Hadisə ilə bağlı polis əməkdaşları müəyyən araşdırmalara da başlayıb. Vəziyyəti ilə əlaqədar Elşəni dindirmək mümkün olmasa da, onun evlərinin yaxınlığında döyüldüyü ehtimal edilir.Qeyd edək ki, özünü sözügedən ərazinin sahə müvəkkili kimi təqdim edən bir nəfər isə faktla bağlı xəbər araşdırması aparan ANS əməkdaşlarının işinə müdaxilə edib. Adının Azər olduğu bildirilən bu şəxs qeyri-müəyyən səbəblərlə vəzifə borcunu yerinə yetirən jurnalistin çəkiliş aparmasına mane olmağa çalışıb. .
OXŞAR XƏBƏRLƏR