‘Hövsandakı aksiya onu göstərdi ki, məktəb bazardan fərqlənməlidir’ – Təhsil eksperti

‘Hövsandakı aksiya onu göstərdi ki, məktəb bazardan fərqlənməlidir’ – Təhsil eksperti
Bütün Xəbərlər
14:29 19.01.2015
1431

“Məktəbin bazardan fərqi olmalıdır”

Milli Məclisin Təhsil Komissiyasının keçmiş sədri Şahlar Əsgərov Hovsan qəsəbəsindəki 118 saylı məktəbdə baş verənlərə sərt reaksiya verdi. O, AZXEBER.COM-a verdiyi açıqlamasında bildirdi ki, orta məktəbdə baş verənlər utandırıcıdır:

“Müəllim görün nə səviyyəyə enib? Qori Seminariyasında Azərbaycan bölməsinin rəhbəri olmuş Çernyayevski vaxtı ilə deyirdi ki, müəllim hörmətini itirəndə məktəbin qapısı onun üzərinə bağlı olmalıdır. Məktəb cəzbedici bir yer olmalıdır. Məktəbin bazardan fəqri odur ki, orada təhsil, tərbiyə, böyük-kiçik var, uşağa məhəbbət var. Uşağa məktəbdə təhsil, təlim verirlər, nəinki onu təhqir edirlər, döyürlər. Araşdırmaq lazımdır ki, bu adam necə olub məktəb direktoru vəzifəsinə gəlib çıxıb? Yəqin ki, şübhəsiz məktəb direktorunun seçimində səhv olub. Baş verənlərdən çox təəssüf hissi keçirirəm. Təhsil sistemimizi belə hadisələrdən, allahsızlrdan qorusun”.

Mətanət

OXŞAR XƏBƏRLƏR