IB Club-dan gənclərə daha bir hədiyyə

GƏNCLİK
21:19 26.01.2011
3392


“IB Club”-un üzvləri üçün nəzərdə tutulmuş “Gənclərin potensiallarının kəşf edilməsi” layihəsi daxilində üzvlər tərəfindən yeni bir layihənin əsası qoyuldu.

30 yanvar 2011-ci il tarixində “Kelvin Club” məkanında saat 15:00-17:00-da 2 səbəbə görə görüş olacaq:

1. www.inkisafmerkezi.az portalının təqdimatı
2. IB Club üzvləri ilə 2 Fevral gənclər günün qeyd edilməsi

Görüş zamanı Siz portal haqqında ətraflı məlumat əldə edəcək, onun məqsədini və fəlsəfəsini eşidəcək, növbəti addımların nə olacağını, necə iştirak edə biləcəyinizi öyrənəcəksiniz.

Portal Azərbaycanda bir İLKdir! Hamının sevəcəyi, həvəslə portalda uzun zaman keçirə biləcəyi bir məkandır.

Görüşdə iştirak etməklə, Siz həm “IB Training Alliance” , “IB Club” və həmçinin də birgə layihələri olan “Gənclərin potensiallarının kəşf edilməsi” layihəsi haqqında lazımlı və dəqiq məlumat əldə edə biləcək, “IB Club” üzvləri öz aralarında və digərləri ilə əlaqə qura, tanışlıqlar yarada biləcəklər.

Görüşdə iştirak üçün "IB Club" üzvləri klub kartı nömrəsini və Ad,
Soyadlarını, klub üzvü omayan şəxslər isə Ad, Soyadlarını 055-2384008
nömrəsinə göndərməli tələb olunur.

Görüşdə iştirak üçün "IB Club" üzvlərinə say limiti yoxdur. Digər
şəxslər üçün məhdud sayda yer ayrılıb. Bunun üçün də iştirak etmək
istəyənlər tez bir zamanda qeydiyyatdan keçsinlər.

Ünvan:"Kelvin Club".Elmlər akademiyası, BDU-nun yaxınlığı,Nəşriyyat pr.

055 238 40 08
012 480 26 81

OXŞAR XƏBƏRLƏR