'IB Club' İqtisad Universitetində psixoloji seminar keçirdi

GƏNCLİK
13:29 24.04.2012
2095

Azərbaycanın İlk Gənclər Klubu - "IB Club"dan Gənclərə Psixoloji mövzuda növbəti Seminar keçirildi..

AZXEBER.COM-un məlumatına görə, seminar Azərbaycan İqtisad Universitetinin IV Korpusunun Akt zalında, Qafqaz Universitetinin müəllim və Psixoloqu Hüseyin Xəlilov tərəfindən, “Temperamentin Xarakterik Xüsusiyyətləri və Şəxsiyyət Tipləri” movzusunda keçirilmişdir.. 3 saat davam edənPsixoloji Seminar gənclərin böyük marağı və 80 nəfərdən çox klub üzvünün iştirakı ilə yadda qalıb.

Seminarda,

·Xarakter Tipləri

·İnsan xüsusiyyətləri

·Düşüncə tərzini formalaşdıran amillər

·Bürclər və onun insan həyatına təsiri mövzularına toxunulmuş, Gəncləri maraqlandıran suallar Praktiki fikirlər və Role Play`lər vasitəsiylə cavablandırılmışdır..

 

İlk Gənclər Clubu – IB Clubun rəhbərliyindən bildirilib ki, növbəti həftələrdə “IB Club”un imzasıyla müxtəlif seminarların və layihələrin şahidi olacaqsınız..

OXŞAR XƏBƏRLƏR