IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

İQTİSADİYYAT
12:57 07.07.2020
682
Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. Bank IBA Miles kartlarını müştərilərin istifadəsinə verib.

Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər IBA Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. IBA Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin.

IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.

Azərbaycan Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. IBA Miles kartlarının iki növü var: IBA Miles Mastercard World və IBA Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər.

IBA Miles kartı ilə millərin hesablanması qaydası isə belədir: IBA Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. IBA Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. IBA Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.

Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

"QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. IBA Miles kartlarını buradan sifariş vermək olar.
 
Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

X Mostbet