IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı
İQTİSADİYYAT
12:54 22.11.2019
10294
Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub.
 
AZXEBER.COM xəbər verir ki, bank bu il reallaşdırdığı IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində noyabrın 21-də "Fairmont” otelində "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim edilib.

Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda 100-dən artıq gənc IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd proqramlaşdırma biliklərinə yiyələnir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov bildirib: "IBA Tech Akademiyası layihəsinin qazandığı mükafat, bu təşəbbüsümüzün mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan Beynəlxalq Bankı cəmiyyətimizin yüksək maraq və rəğbətlə qarşıladığı bu cür gərəkli layihələri bundan sonra da davam etdirəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır
00:53 30.10.2026
Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır
Seçkilər xalq üçün rüsvayçılqdır - Tramp
00:46 30.10.2026
Seçkilər xalq üçün rüsvayçılqdır - Tramp
Putinin köməkçisi: Üçtərəfli danışıqlar Kiyevin hərəkətlərindən asılıdır
00:40 30.10.2026
Putinin köməkçisi: Üçtərəfli danışıqlar Kiyevin hərəkətlərindən asılıdır
Paşinyan parlamentdəki davadan danışdı: "Həmin əli qırarıq"
00:33 30.10.2026
Paşinyan parlamentdəki davadan danışdı: "Həmin əli qırarıq"
Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT
00:28 30.10.2026
Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT
İranın sabiq Ali Rəhbərinin oğlu sağdır
00:23 30.10.2026
İranın sabiq Ali Rəhbərinin oğlu sağdır
Barışıq görüşü qətllə nəticələndi - VİDEO
00:18 30.10.2026
Barışıq görüşü qətllə nəticələndi - VİDEO
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
00:14 30.10.2026
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
00:12 30.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bu ərazilərdə işıq olmayacaq
00:06 30.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
00:02 30.10.2026
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
00:00 30.10.2026
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video