İbad Hüseynov haqqında film çəkilir

İbad Hüseynov haqqında film çəkilir
Bütün Xəbərlər
10:30 29.07.2013
2256

“Qəhrəman” adlanan filmdə İbad Hüseynovun döyüş yoldaşları, hərbçilər və ictimai xadimlər yer alıblar

Qarabağ müharibəsinin qəhrəmanı, cəsur kəşfiyyatçı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovun şücaətlərindən bəhs edən sənədli film çəkilir. AzərTAc xəbər verir ki, “Qəhrəman” adlanan filmdə İbad Hüseynovun döyüş yoldaşları, hərbçilər və ictimai xadimlər yer almışlar. Sənədli filmin çəkilişlərinin bir hissəsi Qarabağda aparılıb. Yaxınlarda geniş kütləyə təqdim olunacaq “Qəhrəman” filminin prodüseri Hüseyn Cavadzadədir. Filmin bir neçə dilə tərcümə olunaraq xarici ölkələrdə də nümayiş etdirilməsi planlaşdırılır. İbad Hüseynov Qarabağ müharibəsi zamanı ermənilərin milli qəhrəmanı, beynəlxalq terrorçu Monte Melkoyanı məhv edən igid döyüşçü kimi bütün türk dünyasında məşhurdur.

OXŞAR XƏBƏRLƏR