İbrahim Tatlısəsin toy görüntüləri yayımlandı – VİDEO+FOTO

İbrahim Tatlısəsin toy görüntüləri yayımlandı – VİDEO+FOTO
ŞOU-BİZNES
11:16 28.09.2011
2910

Türkiyənin tanınmış müğənnisi, martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsi hələ də davam edən İbrahim Tatlısəs reabilitasiya mərkəzində evlənib. Müğənni ilə Ayşegül Yılmazın nikahını ötən axşam Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül qeydə alıb. Cütlüyün nikah şahidləri iş adamı Yüksel Çağlar və “Qalatasaray”ın baş məşqçisi Fatih Terim olub.Xatırladaq ki, martın 13-də silahlı hücumdan bir neçə saat əvvəl İbrahim Tatlısəs və Ayşegül Yılmaz arasında mübahisə baş vermişdi. Cütlük arasındakı küskünlük İbrahim Tatlısəsin göndərdiyi bir ismarışla aradan qalxmışdı: “Aşkım, bu gün, sabah nə olacağı bəlli deyil. Səndən yalnız bir şey istyirəm: mən ölsəm, başqası ilə evlənmə. Səni çox sevirəm!”.

OXŞAR XƏBƏRLƏR