“İbrahimi köməksiz qoymayaq” – 10 yaşlı gənc ağır xəstəlikdən əziyyət çəkir

“İbrahimi köməksiz qoymayaq” – 10 yaşlı gənc ağır xəstəlikdən əziyyət çəkir
Bütün Xəbərlər
11:58 25.08.2014
821
Nənəsi: “Siz bununla həm də mənim həyatımı xilas etmiş olursunuz”
Editor.az-ın redaksiyasına Bakı şəhər sakini Şükürova Fatimə Aslan qızının adınından məktub daxil olub.
Fatimə xanım bildirir ki, nəvəsi, 10 yaşlı İbrahim ağır qan xəstəliyindən əziyyət çəkir: “İbrahim Pişəvəri adına humanitar təmayüllü liseyin IX sinif şagirdidir. Zəkasına və düşüncəsinə görə, həmyaşıdlarından yaxşı mənada fərqlənən nəvəm ağır xəstədir. Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasında müayinə və müalicə olunub. Valideynləri indiyə qədər borc-xərc yığaraq, onun müalicəsinə küllü miqdarda pul xərcləyiblər. Artıq elə bir vəziyyətdir ki, hər yerdən əlimiz üzülüb. Nəvəm ölüm təhlükəsi qarşısındadır. Balamın qan dəyərləri günü-gündən aşağı düşür. Vaxtında tədbir görülməzsə, ilik köçürmək zərurəti yarana bilər. Bu isə olduqca bahalı əməliyyatdır”.
Nəvəsinin gələcəkdə riyaziyyatçı olmaq istədiyini deyən Fatimə xanım portalımız vasitəsilə Cənab Prezidentə müraciət etdi: “Mən Cənab Prezident İlham Əliyevə müraciət edir, Ondan nəvəmin həyatda qalması üçün yardım etməsini xahiş edirəm. Mən nəvəmi çox sevirəm, onsuz yaşaya bilmərəm. Siz bununla həm də mənim həyatımı xilas etmiş olursunuz”.
OXŞAR XƏBƏRLƏR