İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil

İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
SOSİAL
13:14 18.11.2026
98
İbtidai sinif müəllimlərinin böyük bir qismi ali təhsilli deyil.

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu 2026-da çıxışı zamanı deyib.

Nazir bildirib ki, uzun illər ibtidai təhsilin keyfiyyətinin arzuolunan səviyyədə olmaması təhsilin sonrakı pillələrinə də təsir göstərib. Bununla belə, hazırda ibtidai təhsilin keyfiyyətində tədricən yaxşılaşma müşahidə olunur.

Emin Əmrullayev sertifikatlaşdırma imtahanlarında işdən azad olunan müəllimlərin böyük qisminin ibtidai sinif müəllimləri olduğunu xatırladıb.

O, ibtidai sinif müəllimlərinin təhsil səviyyəsinə də diqqət çəkib:

"Fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir qismi ali təhsilli deyil, orta ixtisas təhsillidir”.
OXŞAR XƏBƏRLƏR