Aparıcı Billurə Əmirovaya yeni vəzifə verilib.
Bu barədə aparıcı özü AZXEBER.COM-a məlumat verib. O, bundan sonra ARB Şəki televiziyasının baş direktor müavini vəzifəsini icra edəcəyini söyləyib.
Qeyd edək ki, jurnalist "Lider”də və ANS-in "İç Xəbər” layihəsində aparıcı kimi çalışıb. Son iş yeri olaraq isə "Xəzər” televiziyasının Proqramlar Departamentinin baş redaktoru vəzifəsini icra edib.














































