“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - VİDEO

“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - VİDEO
SOSİAL
22:23 25.09.2026
137
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində hərəkətin idarəolunması üçün ağıllı kameralar quraşdırılacaq. Ancaq qoruq ərazisində giriş-çıxışın tam məhdudlaşdırılması nəzərdə tutulmur.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud "Cavabdeh" layihəsinə müsahibəsində deyib.

Rüfət Mahmud "İçərişəhər”in qədimiliyini və ümumi mühiti pozan hallardan da danışıb. Onun sözlərinə görə, elektrik naqilləri, sayğaclar, kondisionerlər, su çənləri kimi əlavə avadanlıq və qurğular tarixi abidələrin görünüşənə xələl gətirir.

O, qala divarların yağışdan sonra uçmasına da aydınlıq gətirdi.

Bildirildi ki, uzunluğu 1 km olan qala divarlarının 20 faizə qədəri artıq bərpa olunub. "İçərişəhər”də yeraltı yolların olması ilə bağlı gəzən əfsanələrə də ayınlıq gətirən sədr aparılan tədqiqatlar zamanı yeraltı ovdanın aşkarlandığını bildirdi.

Sədrin sözlərinə görə, "İçərişəhər”də yeraltı yollar şəbəkəsinə  rast gəlinməyib.

Rüfət Mahmud "İçərişəhər”də icarəyə verilən obyektlər üzrə müqavilə müddətinin 6 ay müəyyənləşdirilməsi məsələsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, standart icarə müqaviləsinin müddəti 11 aydır. Sahibkar müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, növbəti müqavilə xəbərdarlıq məqsədilə 6 aylıq bağlanır. Bu müddət ərzində nöqsanlar aradan qaldırılmalıdır. Əks halda müqavilənin müddəti uzadılmır.

OXŞAR XƏBƏRLƏR