'İçərişəhər'də yıxılan evlə bağlı rəsmi açıqlama verildi

Bütün Xəbərlər
13:09 20.07.2013
957

Qoruq İdarəsi tərəfindən insanların əvvəlcədən təşkil olunmuş köçürülməsi nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb

Bu gecə saatlarında Bakıda, İçərişəhərdə ikimərtəbəli ev uçaraq dağılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən milli.az-a bildirblər ki, belə binaların sakinləri ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır. Qəzalı binaların növbəti monitorinqi zamanı İlyas Əfəndiyev, 18 ünvanında yerləşən ikimərtəbəli binanın divarlarında çatların genişlənməsi aşkarlanıb. Vəziyyətin binada yaşayan insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq, sakinlərin dərhal köçürülməsi və müvəqqəti yaşayış yeri ilə təmin olunması təşkil edilib. 20 iyul tarixində saat 03:00 radələrində sözügedən binanın divarlarında çökmə baş verib və binanın bir hissəsi yararsız vəziyyətə düşüb. Qoruq İdarəsi tərəfindən insanların əvvəlcədən təşkil olunmuş köçürülməsi nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb. Hazırda yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

OXŞAR XƏBƏRLƏR