İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib
İQTİSADİYYAT
14:39 29.11.2025
264
Noyabrın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Hüquq, maliyyə və biznes konsultasiyası” Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə, "SECOP” MMC-nin baş sponsorluğu və BirBank Biznesin tərəfdaşlığı çərçivəsində sektorial görüş baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, görüşün əsas məqsədi hüquq, maliyyə və biznes konsultasiyası sahəsində fəaliyyət göstərən şirkətlərin, eləcə də bank, sığorta və gömrük brokerlərinin əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək və dövlət qurumları ilə əlaqələri gücləndirmək olub. Tədbirdə 60-dan çox sahibkar və biznes nümayəndəsi iştirak edib.

Açılış nitqi ilə çıxış edən İCMA İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti, sektorial görüşlərin məqsədləri və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, eyni sektordan olan iş adamlarının vahid platformada toplaşmasının dövlət–özəl əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra millət vəkili, iqtisadçı Vüqar Bayramov İCMA-nın Azərbaycan sahibkarlığının inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bu fəaliyyətlərin parlament səviyyəsində dəstəklənməsinin vacibliyini qeyd edib. Vəkillər Kollegiyasının sədri Anar Bayramov isə hüquq şirkətlərinin sahibkarlıq mühitinə verdiyi töhfələr barədə danışıb.

KOBİA İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərini və İCMA ilə əməkdaşlıq istiqamətlərini təqdim edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara təklif olunan maliyyə dəstəkləri və subsidiya imkanlarını diqqətə çatdırıb.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov audit xidmətlərinin şəffaflıq və sağlam idarəetmədə rolunu vurğulayıb. SECOP MMC-nin təsisçisi şirkətin sahibkarlıq təşəbbüslərini dəstəkləməyə davam etdiyini qeyd edib.

İpoteka və Kredit Zəmanət Fondunun Departament direktoru Elşən Kərimov sahibkarlara təqdim olunan zəmanət və kredit dəstəyi mexanizmləri barədə məlumat verib. BirBank Biznesi təmsil edən və İCMA İdarə Heyətinin üzvü olan Nəsimi Xasıyev isə bankın sahibkarlara təqdim etdiyi xidmətlərin üstünlüklərini açıqlayıb və tədbirdə tərəfdaşlıq etməyin əhəmiyyətini vurğulayıb.

Görüş səmimi fikir mübadiləsi, tanışlıq və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir hüquq, maliyyə və biznes konsultasiyası sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi üçün yeni təşəbbüslərin formalaşmasına zəmin yaradıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc