İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
SOSİAL
20:56 03.06.2026
146
3 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar ilk olaraq universitetdə ekskursiyada iştirak ediblər.

Daha sonra universitet-biznes əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş görüşdə UNEC-in rektoru Ədalət Muradov universitetdə tədris olunan ixtisaslar, təhsil imkanları, universitetin fəaliyyəti və biznes qurumları ilə əməkdaşlığın əhəmiyyəti barədə ətraflı məlumat verib.

İCMA-nın İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev təhsil sektoru ilə əməkdaşlığın biznes mühitinin inkişafındakı rolundan danışıb. O, İCMA və Marsol Academy tərəfindən həyata keçirilən "Təhsildən Biznesə Karyera Yolu” layihəsi haqqında məlumat verib.

Tədbirin sonunda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbələrin təcrübə və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Sonda UNEC-in rektoru Ədalət Muradova xatirə hədiyyəsi təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR