İcra başçısı 3 müavinini birdən işdən çıxartdı

SİYASƏT
13:25 25.04.2013
3966

İsmayıllı Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri edilib. Rayon icra başçısının birinci müavini Rəfail Əhmədov, müavinləri Rövşən Ağayev və Əzizə Vahabova vəzifədən azad edilib.  R.Ağayevin yerinə Talıstan kənd bələdiyyəsinin sədri Mahmud Süleymanov, Ə.Vahabovanın yerinə isə İsmayıllı RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevil Əhmədova təyin edilib. Başçının birinci müavini vəzifəsinə isə müavin vəzifəsindən azad edilmiş Rövşən Ağayev təyin olunub. Məlumata görə, Mahmud Süleymanov başçının müavini olmaqla yanaşı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Sevil Əhmədova İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də icra edəcək. Yeni təyin olunmuş müavinləri İsmayıllı RİH başçısı Mirdamət Sadıqov kollektivə təqdim edib və onlar barəsində məlumat verib. Qeyd edək ki, müavin vəzifəsindən azad edilən Ə.Vahabov İsmayıllı YAP-ın sədridir. Onu da qeyd edək ki, İsmayıllı rayonunda bu ilinin yanvarında iğtişaşlar baş verib. Həmin hadisələrlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb və bir neçə nəfər həbs edilib. Həmin vaxt İsmayıllı RİH başçısı olan Nizami Ələkbərov isə bir müddət sonra vəzifədən azad edilib.//lent.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb