İcra başçısı Tofiq Zeynalov bu kəndin insanlarını belə ölümə atır - VİDEO

İcra başçısı Tofiq Zeynalov bu kəndin insanlarını belə ölümə atır -  VİDEO
Bütün Xəbərlər
19:59 21.08.2015
3930
Tovuzun Çatax kəndində inşası yarımçıq buraxılan xəstəxana mədəniyyət evi kimi istifadə edilir.

AZXEBER.COM xəbər verir ki, Tovuza dövlət büdcəsindən və prezidentin ehtiyyat fondundan hər il ayrılan milyonlar rayonun icra başçısı Tofiq Zeynalovun cibinə axır. Görüntü xətrinə kiçik işlər görən Tofiq Zeynalov büdcədən ayrılan vəsaitlərin qalan hissəsini öz şəxsi “imperisyası”nı genişləndirmək üçün istifadə edir. Siyahıda adı olan amma görülməyən işlər nəticəsində Tovuzun bir çox kəndlərində insanlar xəstəxanasız, məktəbsiz qalırlar.

Elə Çatax kəndində gördüyümüz mənzərə kimi. TTV-nin sözügedən kənddən hazırladığı reportajda  tikintisi yarımçıq qalan xəstəxanın mədəniyyət evi kimi fəaliyyətdə olduğu  qeyd edilib.

Sözügedən kəndin sakinləri aptekin və xəstəxananın olmadığından şikayətlənirlər. Düzdür, vaxtilə burada xəstəxana tikilib istifadəyə verilib, lakin indi bu tibb ocağı Mədəniyyət evi və kitabxana kimi fəaliyyət göstərir. Onlar səhhətlərində hər hansı bir problemlə üzləşdikdə, ən yaxın hesab etdikləri qonşu kəndə - Böyük Qışlaq kənd xəstəxanasına üz tuturlar. Bunun üçün isə onlar 10-15 manatlarından keçməli və 3 km-lik yolu qət etməli olurlar.

Xəstəxananın baş həkimiHəsən Yusifovun verdiyi məlumata görə, tibb ocağı 12 min nəfərə xidmət edir. Bura Çatax, Çeşməli və Böyük Qışlaq kəndinin sakinləri müraciət edirlər.

Onu da əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna sonuncu dəfə iyulun 1-də 4,5 milyon manat pul ayrılması ilə bağlı sərəncam imzalamışdır.

OXŞAR XƏBƏRLƏR