İcra başçısının keçmiş müavini özünü güllələdi

İcra başçısının keçmiş müavini özünü güllələdi
Bütün Xəbərlər
10:47 15.12.2011
2124

Böyükkişi Pənahov YAP-ın Ağsu rayon təşkilatının sədri olub

Ağsuda özünü güllələyərək intihar edən şəxslə bağlı maraqlı faktlar məlum olub. Ağsu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dünən Ağsu şəhəri, N.Həmzəyev küçəsi, 5 ünvanında, yaşadığı evdə özünü öldürən 65 yaşlı Pənahov Böyükkişi Atakişi oğlu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini işləyib. Bir müddət əvvəl o, vəzifədən uzaqlaşdırılıb.

B.Pənahovun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilməsə də onun bir çox xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Baş vermiş hadisə ilə bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, B.Pənahov dekabrın 13-də yaşadığı evdə qoşalülə ov tüfəngindən başına atəş açaraq özünü öldürüb. O, hadisəni törədən zaman evdə tək olub və intihar etməzdən əvvəl evin qapısını bağlayıb. Qeyd edək ki, B.Pənahov iki il əvvələdək YAP-ın Ağsu rayon təşkilatının sədri olub.

OXŞAR XƏBƏRLƏR