İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı
İQTİSADİYYAT
12:18 03.09.2025
1153

"Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xalis mənfəəti azalıb.

Bu barədə İqtisadiyyat.az şirkətin maliyyə maliyyə və audit hesabatına istinadən material hazırlayıb.

Məlumata görə, şirkət ötən ili 9 milyon 876 min manat xalis mənfəətlə başa vurub. Halbuki QSC-nin 2023-cü ildəki xalis mənfəəti bundan 17 faiz çox - yəni 11 milyon 961 min manat təşkil edib. 

Hesabata əsasən, "Təmiz Qaz"ın ötən il əsas əməliyyat gəlirləri də azalaraq 34 milyon 91 min manata düşüb. Bu isə əvvəlki illə müqayisədə 5 milyon 227 min manat azalma deməkdir.

Eyni zamanda şirkətin hesabat ilində satışın maya dəyəri üzrə xərcləri də azalaraq 2 milyon 290 min manata enib, halbuki əvvəlki il bu rəqəm 2 milyon 626 min manata çatırdı. Beləliklə, "Təmiz Qaz"ın 2023-cü illə müqayidəsə 2024-cü ildəki ümumi mənfəəti 36 milyon 700 min manatdan 31 milyon 800 min manata düşüb. 

Ötən il şirkətin əməliyyat mənfəəti isə 12 milyon 478 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 463 min manat azalma deməkdir.

Hesabat dövründə QSC-nin inzibati xərclərində də 2 milyon 500 min manata yaxın azalma qeydə alınıb. Şirkətin sair əməliyyat xərcləri isə 22 min 236 manatdan 206 min 207 manata qalxıb.

 

Ötən il "Təmiz Qaz"ın ümumi aktivləri əvvəlki illə müqayisədə 11 milyon 448 min manatdan 10 milyon 64 min manata düşüb. Bu azalmanın həcmi 1,4 milyon manata yaxın olub.

Belə ki, şirkətin cəmi uzunmüddətli aktivləri 721 min manata yaxın azalaraq 2 milyon 669 min manata, cəmi qısamüddətli aktivləri isə 663 min manat azalaraq 7 milyon 395 min manata düşüb.

Beləliklə, 2024-cü ildə "Təmiz Qaz"ın cəmi kapitalı 8 milyon 504 min manata düşüb, bu isə əvvəlki illə müqayisədə 760 min manat azalma deməkdir. 

Xatırladaq ki, 2014-cü ildə əsası qoyulan "Təmiz Qaz" layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlayıb. Şirkət Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən müəssisə və təşkilatlara yeraltı və yerüstü qaz xətləri, texnoloji quyular (qaz, su, telefon, kanalizasiya) üzrə texniki xidmətlər göstərir.

Qeyd edək ki, "Təmiz Qaz" QSC-nin direktoru Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğlu Xətai Hətəmovdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib