İctimai Palata mayın 20-də etiraz aksiyası keçirəcək

İctimai Palata mayın 20-də etiraz aksiyası keçirəcək
Bütün Xəbərlər
02:17 19.05.2012
1441
İctimai Palatanın (İP) mayın 19-na təyin etdiyi yürüş-mitinq üçün yer ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərilən müraciətə yenə Səbayel rayonu 20-ci yaşayış sahəsindəki Sürücülük Məktəbinin təlim meydançasını təklif etməklə cavab verilib. İctimai Palata isə 7-ci mikrorayon ərazisindəki keçmiş “İnqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsində yürüş etməklə “Dərnəgül” metro stansiyasının yaxınlığındakı meydanda mitinq keçirilməsinə şərait yaradılması üçün BŞİH-ə müraciət etmişdi. BŞİH aksiyanın orada keçirilməsini məqbul saymayıb. Buna səbəb kimi yürüş-mitinq üçün göstərilən ünvanda insanların və avtomobillərin intensiv hərəkət etməsi göstərilib.20 mayda Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək üçün müraciətə isə meriya “yox” cavabını verib.
OXŞAR XƏBƏRLƏR