İctimai Televiziya Ömər Sultanovun İsmayıl Ömərovun nəvəsi olması barədə məlumatlara aydınlıq gətirdi

İctimai Televiziya Ömər Sultanovun İsmayıl Ömərovun nəvəsi olması barədə məlumatlara aydınlıq gətirdi
MEDİA
19:23 03.12.2012
1653
“Bu gizli bir məsələ deyil. Bəli, Ömər Sultanov İsmayıl Ömərovun nəvəsidir. Amma müsabiqədə iştirak edən 40-a yaxın uşağın arasından münsiflər heyəti ən yaxşıları seçdi və onlar ən qısa zamanda gözəl hazırlaşa bildilər. Düzdür, bizim istedadlı uşaqlarımız çoxdur, amma məsələ burasındadır ki, onları ortaya çıxarıb yetişdirən ayrı-ayrı təşkilatların sayı kifayət qədər deyil. Məsələn, əksər ölkələrdə uşaq kanalları fəaliyyət göstərir və daim bu efir istedadlı uşaqların ortaya çıxmasında əvəzsiz rol oynayır. Bu cür institutlar həm də uşaqların formalaşmasında, müasir tələblərə uyğun bir çox qabiliyyətlərə yiyələnməsinə imkan yaradır”.AZXEBER.COM-un məlumatına görə, bunu İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov “Azərbaycanın Uşaq “Eurovision” Mahnı Müsabiqəsində çıxışı ilə bağlı mətbuatda dərc olunan fikirlərə cavab olaraq bildirib.

T. Məmmədov Ömər və Suadanın müsabiqədə çox gözəl çıxış etdiyini vurğulayıb: “Onların oxumağı bir yana, ünsiyyətləri hər kəsi təəccübləndirdi. Canlı efirdə Ömərin aparıcı ilə ingiliscə dialoqunu hamı izləyib. Onlar doğrudan da çox sərbəst idilər. Etiraf etmək lazımdır ki, bütün bu xüsusiyyətləri özündə cəmləyən uşaqlarımızın sayı kifayət qədər deyil. Nəinki, uşaqların böyük müğənnilərimizin də hamısı belə vərdişlərə tam yiyələnməyib. Amma “Eurovision” Mahnı Müsabiqəsi bizim musiqiçilərimizin, gənc istedadlarımızın dünya çapında özlərini göstərməsi, həmin tələblərə uyğunlaşması üçün çox böyük bir stimul və platformadır. Bizim ölkədə istedadlı adamlar yaşından, kimliyindən asılı olmayaraq böyük dəstək alırlar. Buna qısqanmaq lazım deyil. Yeri gəlmişkən, bu ilki müsabiqə uşaq hüquqlarına həsr olunmuşdu. İndi nə təklif edirsiniz, valideynləri vəzifədə olan bütün uşaqların hüquqlarını əlindən alaq, onları heç hara buraxmayaq? Bu uşaqlar milyonlarla tamaşaçının gözü qarşısında seçilib. Əgər onların istedadı yox idisə, bunu seçim vaxtı niyə yazmırdılar? İndi guya bu işdə qüsur tutublar. Bu absurd bir fikirdir və məncə, belə dayaz düşüncələrdən uzaq olmaq lazımdır. Bu iki istedadlı uşaq çox gözəl çıxışlarına baxmayaraq, onlar bu və ya digər səbəbdən layiq olduqları yeri tuta bilmədilər. Bunu hətta təşkilatçılar da etiraf etdilər. Məncə, biz hamımız indi onlara belə yersiz psixoloji təsir göstərməkdənsə, onları təbrik etməli və dəstəkləməliyik. Biz bir komanda olaraq Ömər və Suadaya təşəkkür edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları