İctimai Televiziyanın '24 Aprel'i

İctimai Televiziyanın
MEDİA
17:10 26.04.2012
2061

Er­mə­ni lob­bi­si hər il ol­du­ğu ki­mi bu il də uy­dur­ma er­mə­ni soy­qı­rı­mı­nı qeyd et­di. ABŞ-da, Ru­si­ya­da, Fran­sa­da və bir sı­radi­gər ölkə­lər­də er­mə­ni­lə­rin tə­şəbbüsü ilə təd­bir­lər təş­kil olun­du. Hət­ta Fran­sa pre­zi­dent­li­yi­nə na­mi­zəd Ni­ko­la Sar­ko­zi­nin uy­dur­ma soy­qı­rı­mı qur­ban­la­rı­nın an­ma mə­ra­sim­lə­ri­nə qa­tıl­dı­ğı ba­rə­də in­for­ma­si­ya­lar ve­ril­di.

Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan isə müra­ciə­tin­də bil­dir­di ki, er­mə­ni­lər 1915-ci il­də baş ve­rən­lə­ri unut­ma­ya­caq, hə­min dövrdə­ki it­ki­lər­lə ba­rış­ma­ya­caq. «Biz man­qurt­lar de­yi­lik, biz Er­mə­nis­ta­nıq» de­yən Sar­kis­yan Türki­yə əley­hi­nə bir sı­ra it­ti­ham­lar da səs­lən­dir­di. 1915-ci il ha­di­sə­lə­ri­ni ge­no­sid ki­mi təq­dim edən Er­mə­nis­tan ha­ki­miy­yə­ti Türki­yə­nin ta­ri­xi­nə yönə­lik təh­did­lə­ri­ni da­vam et­di­rir, şo­vi­niz­min təb­li­ği ilə məş­ğul olur. Bu məq­səd­lə qar­şı tə­rəf ta­ri­xi fakt­la­rı təh­rif edir, yan­lış in­for­ma­si­ya­lar or­ta­ya at­maq­la dünya ic­ti­ma­iy­yə­ti­ni çaş­dır­ma­ğa ça­lı­şır.

«Ak­tu­al» proq­ra­mı­nın ap­re­lin 24-də efi­rə ge­dən bu­ra­xı­lı­şın­da bu mövzu­da bir müza­ki­rə apa­rıl­dı. Anar Yu­si­foğ­lu­nun təq­di­ma­tın­da ge­dən proq­ra­mın qo­naq­la­rı - ta­rix elm­lə­ri dok­to­ru, pro­fes­sor Anar İs­kən­də­rov, Azə­ri-türk qa­dın­lar bir­li­yi­nin səd­ri Tən­zi­lə Rüstəm­xan­lı və APA in­for­ma­si­ya agent­li­yi­nin rəh­bə­ri Vüsa­lə Ma­hir­qı­zı uy­dur­ma soy­qı­rı­mı id­dia­la­rı­nın heç bir ta­ri­xi fak­ta və hə­qi­qə­tə söykən­mə­di­yi­ni qeyd edə­rək er­mə­ni lob­bi­si­nin sözdə soy­qı­rı­mı dünya­da ta­nı­da bi­lə­cək­lə­ri­nə inan­ma­dıq­la­rı­nı söylə­di­lər.

Ta­rix­çi alim A.İs­kən­də­ro­vun bil­dir­di­yi­nə görə, 1926-cı il­də Aran An­don­yan ad­lı bir er­mə­ni ya­zar er­mə­ni­lə­rə qar­şı soy­qı­rı­mı­na da­ir ki­tab bu­ra­xır. Av­ro­pa­da ya­yım­lan­ma­sı nə­zər­də tu­tu­lan ki­tab­da gu­ya 1915-ci il ap­re­lin 24-də Os­man­lı­nın da­xi­li iş­lər na­zi­ri Tə­lət pa­şa­nın er­mə­ni­lə­rin qı­rıl­ma­sı ilə bağ­lı giz­li şif­rə­li sə­rən­cam im­za­la­dı­ğı və bu sə­nə­din Na­im bəy va­si­tə­si­lə An­don­ya­na çat­dı­ğı qeyd olu­nur. Ki­tab­da 14 soy­qı­rı­mı fak­tı göstə­ri­lir.

A.İs­kən­də­rov qeyd et­di ki, əgər be­lə bir sə­nəd ol­say­dı, o za­man An­don­yan te­leq­ra­mın əs­li­ni Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nin diq­qə­ti­nə çat­dı­rar­dı. Ya­xud 1-ci dünya müha­ri­bə­sin­də məğ­lub olan Türki­yə­yə qar­şı sübut əl­də et­mək üçün Pa­ris sülh müqa­vi­lə­si za­ma­nı or­ta­ya qo­yar­dı­lar. Bu, on­dan xə­bər ve­rir ki, be­lə bir sə­nəd yox­dur, bu­ra­da ta­rix yox, Türki­yə­yə qar­şı si­ya­si ma­raq­lar nə­zə­rə alı­nır. Ta­rix­çi alim da­ha bir mühüm mə­qa­ma to­xu­na­raq vur­ğu­la­dı ki, 1914-cü il­də İn­gil­tə­rə­nin «Tayms» qə­ze­ti bütün baş ve­rən ha­di­sə­lə­ri günbəgün təq­dim edir. Ola bil­məz ki, müha­ri­bə ilə bağ­lı hər bir fak­tı ya­zan «Tayms» qə­ze­ti Tə­lət pa­şa­nın id­dia olu­nan te­leq­ra­mı­na rast gəl­mə­sin­lər. 1915-ci il­də Sa­rı­qa­mış ya­xın­lı­ğın­da os­man­lı əs­gər­lə­ri müha­si­rə­yə düşən­də «Tayms» qə­ze­ti Daş­naksüt­yun par­ti­ya­sı­nın 1-ci Dünya müha­ri­bə­sin­də iş­ti­ra­kı ilə bağ­lı bə­ya­nat ve­rir. A.İs­kən­də­rov er­mə­ni­lə­rin sa­yı ilə bağ­lı in­for­ma­si­ya­la­rın da yan­lış ol­du­ğu­nu, 1,3 mil­yon er­mə­ni qey­də alın­dı­ğı hal­da 1,5 mil­yon nə­fərer­mə­ni­nin məhv edil­di­yi id­dia­sı­nın an­la­şıl­ma­dı­ğı­nı diq­qə­tə çat­dır­dı. «Azə­ri-Türk» Qa­dın­lar Bir­li­yi­nin səd­ri T.Rüstəm­xan­lı isə 1915-ci ilə qə­dər bölgə­də fərq­li pro­ses­lə­rin get­di­yi­ni söylə­di. Onun fik­rin­cə, o za­man er­mə­ni ko­mi­tə­çi­lə­ri ad­lı qrup «təb­li­ğat, təş­vi­qat, təx­ri­bat» de­vi­zi al­tın­da fəa­liy­yət göstə­rir, təş­ki­lat­la­nır və ter­ror­çu şə­bə­kə­lər ya­ra­dır­dı. Qrup üzvlə­ri baş­qa mil­lət­lə­rə nif­rət aşı­la­yan təş­ki­la­ta qo­şul­ma­yan er­mə­ni na­zir­lə­ri­ni be­lə təh­did edir, on­la­ra sui-qəsd­lər düzən­lə­yir­di­lər. Məq­səd qar­şı­dur­ma ya­rat­maq idi. Və­ziy­yə­tin mürək­kəb­li­yi­ni nə­zə­rə alan Tə­lət pa­şa er­mə­ni ko­mi­tə­çi­lə­ri haq­qın­da qə­ti im­kan təd­bi­ri­nin görülmə­si­ni nə­zər­də tu­tan qə­rar ve­rir. Çünki Os­man­lı əra­zi­sin­də ya­şa­yan er­mə­ni­lə­rin 70 fai­zi ar­tıq bu zi­yan­lı hə­rə­ka­tın üzvlə­ri­nə çev­ril­miş­di­lər. Ana­do­lu­da er­mə­ni­lər təx­ri­bat­lar törət­di­yin­dən on­la­rın köçürülmə­si ba­rə­də sə­rən­cam ve­ri­lir. APA İn­for­ma­si­ya Agent­li­yi­nin rəh­bə­ri V.Ma­hir­qı­zı da öz çı­xı­şın­da bə­zi mühüm mə­qam­la­ra to­xun­du. Onun sözlə­ri­nə görə, Azər­bay­can jur­na­list­lə­ri 1915-ci il ha­di­sə­lə­ri haq­qın­da da­ha ay­dın tə­səvvü­rə sa­hib ol­maq üçün Qars­da, İq­dır­da hə­min ha­di­sə­lə­rin şa­hid­lə­ri ilə görüşüb, on­la­rın fi­kir­lə­ri­ni öyrə­nib­lər. Bu gün mə­sə­lə­nin dünya me­di­ya­sı­nın gündə­min­dən düşmə­mə­si­nin sə­bə­bi­ni müsa­hib er­mə­ni tə­rə­fi­nin ma­raq­la­rı ilə əla­qə­lən­di­rir. Be­lə ki, türk tor­paq­la­rın­da törət­dik­lə­ri ci­na­yət­lə­rin, türk dip­lo­mat­la­rı­na qar­şı hə­ya­ta ke­çi­ri­lən ter­ror ak­si­ya­la­rı­nın yad­dan çı­xa­rıl­ma­sı üçün Türki­yə­ni it­ti­ham et­mək er­mə­ni si­ya­sə­ti­nin tər­kib his­sə­si­nə çev­ril­miş­di. Ha­zır­da da dünya­nın bir çox mət­bu or­qan­la­rı, hət­ta Türki­yə­nin özündə be­lə bə­zi qə­zet­lər er­mə­ni­lə­rin xey­ri­nə lob­bi­çi­lik­lə məş­ğul olur. Ona görə də APA-nın rəh­bə­ri bu gün əsas işin xa­ric­də lob­bi fəa­liy­yə­ti ilə bağ­lı ol­du­ğu­nu söylə­di. Onun fik­rin­cə, ha­zır­da həm Türki­yə, həm də Azər­bay­can ki­fa­yət qə­dər təş­ki­lat­lan­mış di­as­por­la­ra sa­hib­dir, la­kin er­mə­ni ya­lan­la­rı­nı if­şa et­mək üçün lob­bi­çi­lik mütləq­dir. Pro­ses­də me­di or­qan­la­rı da ya­xın­dan iş­ti­rak et­mə­li­dir. Proq­ra­ma te­le­fon bağ­lan­tı­sı va­si­tə­si­lə qo­şu­lan Ame­ri­ka Azər­bay­can­lı­la­rı Dost­luq Cə­miy­yə­ti­nin səd­ri Tom­ris Azə­ri 24 ap­rel ta­ri­xin­də er­mə­ni di­as­po­ru­nun diq­qə­ti­nin hər il Ağ evə yönəl­di­yi­ni, la­kin bu il də pre­zi­dent Ba­rak Oba­ma­nın on­la­rı mə­yus et­di­yi­ni söylə­di. ABŞ pre­zi­den­ti­nin dünya er­mə­ni­lə­ri­nə müra­ciə­tin­də «ge­no­sid» ifa­də­si­ni iş­lət­mə­mə­sin­dən son­ra Ame­ri­ka er­mə­ni­lə­ri­nin qu­duz­laş­dı­ğı­nı, Oba­ma əley­hi­nə şüar­lar səs­lən­dir­di­yi­ni de­yən xa­nım Azə­ri er­mə­ni ya­lan­la­rı­nın if­şa­sı məq­sə­di­lə bir sı­ra təd­bir­lər ke­çir­dik­lə­ri­ni də diq­qə­tə çat­dır­dı. Ca­ri il Bir­ləş­miş Ştat­lar­da həm se­nat, həm də pre­zi­dent seç­ki­lə­ri­nin ke­çi­ri­lə­cə­yi­ni de­yən cə­miy­yət səd­ri vur­ğu­la­dı ki, Azər­bay­can və türk ic­ma­la­rı öz fə­al­lıq­la­rı­nı xey­li ar­tı­rıb, da­ha da təş­ki­lat­la­nıb və is­tər se­na­tor­lar, is­tər­sə də pre­zi­dent­li­yə na­mi­zəd­lər­lə, o cümlə­dən na­mi­zəd Mit Rom­ni ilə görüşlər ke­çi­rib­lər. O, bu tip görüşlə­rin gə­lə­cək­də də da­vam et­di­ri­lə­cə­yi­ni diq­qə­tə çat­dır­dı. Da­ha bir te­le­fon bağ­lan­tı­sı ta­nın­mış türk sə­nət­çi­si Əh­məd Şə­fəq­lə ol­du. Ə.Şə­fəq qı­sa şə­kil­də fi­kir­lə­ri­ni ifa­də edə­rək bil­dir­di ki, türk ic­ti­mai rə­yin­də hər il ap­re­lin 24-ü ərə­fə­si bir na­ra­hat­lıq hiss olu­nur. Ar­tıq bu na­ra­hat­lı­ğa son qoy­ma­ğın vax­tı­dır. Çünki Türki­yə haq­lı tə­rəf­dir və o, öz haq­lı mövqe­yi­ni dünya bir­li­yi­nin diq­qə­ti­nə çat­dır­maq­da da­vam et­mə­li­dir. Ə.Şə­fəq diq­qə­ti da­ha çox da­xi­li müstə­vi­yə çə­kə­rək bil­dir­di ki, nə­sil­lər də­yiş­dik­cə 1915-ci il ha­di­sə­lə­ri ilə bağ­lı mə­lu­mat­lar­da da fərq­li­lik­lər üzə çı­xır. Be­lə ki, ye­ni nə­sil ta­ri­xi fakt­la­rı da­ha az bi­lir, ha­di­sə­lə­rin ma­hiy­yə­ti­ni unu­dur, bu da yan­lış tə­səvvür­lə­rə gə­ti­rib çı­xa­rır. Ona görə də həm türk, həm Azər­bay­can ic­ti­mai rə­yi er­mə­ni­lə­rin ya­lan­la­rı­nı if­şa et­mək üçün san­bal­lı və dürüst fakt­la­rı hər za­man or­ta­ya çı­xar­ma­lı, Xo­ca­lı fa­ciə­si ki­mi ya­xın keç­mi­şi­mi­zə aid soy­qı­rı­mı ak­si­ya­sı­nın yad­daş­lar­dan si­lin­mə­si­nə yol ver­mə­mə­li­dir. Proq­ram za­ma­nı A.İs­kən­də­rov er­mə­ni soy­qı­rı­mı­nın ol­ma­dı­ğı­nı sübut edən və er­mə­ni müəl­lif­lə­ri­nin eti­raf­la­rı­na əsas­la­nan bir ne­çə ki­ta­bı ta­ma­şa­çı­la­rın diq­qə­ti­nə çat­dır­dı.

OXŞAR XƏBƏRLƏR