Cəmil Quliyevin İctimai Televiziya Radio Yayımları Şirkətinin yeri sədri seçilməsinin ardından bu gün artıq, İTV-nin bir qrup məsul əməkdaşı öz ərizələrinə yazaraq işdən ayrılıblar.
Ərizə yazıb işdən ayrılanlar arasında Çingiz Aslanovun (İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini), Elman Qədirovun (İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini), Rafiq Nəbiyevin (İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru), İham Sərxanlının(İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru) adları var.
Bəs görəsən yeni sədrin seçilməsi İTV-də nə kimi dəyişikliklərə səbəb ola bilər?
AZXEBER.COM portalı məsələylə bağlı, telejurnalist, media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib. Q. Məhərrəmli İTV-də hansısa bir dəyişikliyin olacağını gözləmədiyini söyləyib:
“Mən İctimai Televiziyanın efirində yayımlanan heç bir debat xarakterli verilişləri bəyənmirəm. Buna görə də, televiziyaya yeni direktorun gəlişini kanalın bundan sonrakı fəaliyyətində nəsə dəyişiklik edəcəyini gözləmirəm. Çünki ictimai televiziya ictimai maraqların arxasındadır.
Arzu edərdim ki, kanal bundan sonra bəsit cəmiyyət üçün lazımsız olan mövzuların debatlarını etməkdənsə, cəmiyyət üçün aktual problemlərin müzakirələrini təşkil etsinlər”.
Qeyd edək ki, Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Bu postu Cəmil Quliyev tutub. Həmin günədək o, “Mədəniyyət” kanalının direktoru olub. 2005-ci ildə yaradılmış İctimai Televiziya Radio Yayımları Şirkətinin bundan əvvəlki baş direktoru İsmayıl Ömərov idi.
Fatimə İbrahimova