İdarə rəisi işdən çıxarıldı

İdarə rəisi işdən çıxarıldı
Bütün Xəbərlər
13:21 15.02.2016
1239
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.
Ə.Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi APA-ya bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.
İ.Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil.
Nazirliyin mətbuat xidməti də məsələyə münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR