Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.IDEA İB mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan xəbərə görə, əməkdaşlıq Memorandumunun əsas məqsədi bütün ASAN xidmət mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır.Bura həmçinin beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlıq da daxildir.