“İdeya müəllifinin millət vəkili Jalə Əliyeva olması çox sevindiricidir”. – MÜNASİBƏT

GƏNCLİK
09:47 08.10.2011
1566

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalla bağlı AZXEBER.COM portalı Xocalıdan olan millət vəkili  Elman Məmmədovun fikirlərini öyrənib. Millət vəkili layihənin Azərbaycan gəncliyi üçün vacib olduğunu söyləyib: “Belə bir layihənin hazırlanması, festivalın məhz vətənpərvərlik mövzusunda olması çox gözəldir. İdeya müəllifinin millət vəkili Jalə Əliyeva olması isə çox sevindiricidir. Millət vəkillərinin belə bir layihə üzərində işləməsi, gənclərə dəstək olması diqqətəlayiq haldır. Mənim də əlimdən gələn bir şey olsa, deməyiniz kifayətdir. Məmnuniyyətlə yardımçı olaram. Belə bir layihəni həyata keçirdiyi üçün Jalə xanımı təbrik edir bütün iştirakçılara uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR