İdman müəllimi şagird qızı tovladı

İdman müəllimi şagird qızı tovladı
DÜNYA
13:40 30.09.2016
2228

 

Rusiyadakı Mordoviya Respubliksında 10-cu sinifdə oxuyan şagird qızı tovlayan və ona təcavüz edən bədən tərbiyəsi müəllimi Radik N. həbs olunub

 Hazırda Federal Təhlükəsizlik Xidmətinin Mordoviya İdarəsinin ibtidai istintaq təcridxanasında saxlanan Radik N.-nin iş yoldaşları və qonşularının dediklərinə görə, iki övlad atası olan bu şəxs əxlaqlı pedaqoq, nümunəvi ailə başçısı təsiri bağışlayırdı.

15 yaşlı şagird qıza təcavüz etmiş 35 yaşlı Radik N.-nin xanımı isə "ərim 12 illik nikahımızda bir dəfə mənə ağır söz demədi, aşağılamadı" söyləyib.

Cinayət başında tutulmuş Radik N. polisləri görəndə cibindəki narkotik maddəni kənara atıb. Onun evində axtarış aparılanda ekstremist məzmunlu dini kitablar tapılıb.

Radik N.-ə qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, onu 8 ildən 15 ilədək həbs gözləyir.

Milli.Az
OXŞAR XƏBƏRLƏR