xari

"İFŞA" - Azərbaycanda ilk dəfə insan alverinə həsr olunan serial çəkiləcək

MƏDƏNİYYƏT
10:21 08.02.2021
763
Azərbaycanda ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edən  "İFŞA” adlı serial çəkiləcək. Layihənin rəhbəri və ideya müəllifi Ramiz Alıyevdir. 

AZXEBER.COM Axəbər verir ki, Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.  Serialı "Biz Group” və "Baku Art Lab” şirkəti birlikdə çəkəcək, quruluşçu rejissoru  Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, produsserləri  Nicat Həsənzadə və Vüqar Təhməzovdur. 

Layihə rəhbərinin saytımıza verdiyi məlumata görə, məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin,  hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir: "Biz  bu  6 seriyada göstərəcəyik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və aidiyyəti orqanlar öz üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirirlər. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları  aşkara çıxacaq. İnsan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunacaq. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarətdir. 
 
Peşəkar komanda var, həm ssenaristlər,  həm rejissor və komandası, həm də prodüserlər  bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı