‘İgid əsgər möhkəm dayan’ – ÇAĞIRIŞ BAŞLADI

‘İgid əsgər möhkəm dayan’ – ÇAĞIRIŞ BAŞLADI
Bütün Xəbərlər
15:21 31.03.2012
1810

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanacaq.

AZXEBER.COM-un məlumatına görə, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbi sirlərə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaqlar. Sərəncama əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

OXŞAR XƏBƏRLƏR