Bu gün futzal üzrə İngiltərə çempionu “Baku United” klubu UEFA Kubokunun əsas mərhələsində start götürəcək.
AZXEBER.COM xəbər verir ki, komandanın Kiprdə keçirəcəyi 4-cü qrup oyunları üçün iştirak ərizəsinə 17 oyunçu daxil olub.Siyahıda Azərbaycan yığmasının iki futbolçusu – Rəcəb Fərəczadə və Rizvan Fərzəliyev də var.Xatırladaq ki, bu gün “Baku United” Çexiyanın “Xrudimu” klubu ilə qarşılaşacaq.