İki erməni hərbçi məhv edildi, xeyli sayda yaralı var

İki erməni hərbçi məhv edildi, xeyli sayda yaralı var
Bütün Xəbərlər
12:10 02.10.2015
1558
Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.
AZXEBER.COM Müdafiə Nazirliyinə istinadən bildirir ki, Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
OXŞAR XƏBƏRLƏR