İki ildir bitməyən “məhəllə təmiri” – Xətai sakinləri şikayətçidir - FOTOLAR

İki ildir bitməyən “məhəllə təmiri” – Xətai sakinləri şikayətçidir - FOTOLAR
SOSİAL
11:27 28.04.2026
771
Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 16 nömrəli binanın sakinləri iki ildir davam edən və hələ də başa çatmayan məhəllə təmirindən narazıdır.

Sakinlərin AZXEBER.COM-a verdiyi məlumata görə, iki il əvvəl binanın qarşısındakı bütün qarajlar sökülüb və ərazidə uşaqların oynaması, sakinlərin dincəlməsi üçün sahələrin yaradılacağı bildirilib. Lakin aradan iki il keçməsinə baxmayaraq, təmir işləri hələ də yekunlaşmayıb.

Sakinlər deyir ki, yağışlı havalarda ərazi palçıq içində qalır, küləkli günlərdə isə toz ətrafa yayılaraq insanların sağlamlığına mənfi təsir göstərir.

Onların sözlərinə görə, bu müddət ərzində təmir briqadası üç dəfə dəyişib:

"İki il ərzində üç dəfə briqada dəyişib. İşçilər maaşlarının verilmədiyini bildirərək işi yarımçıq qoyub gediblər. Üstəlik, tikinti materialları açıq havada, yağış və qar altında binanın həyətində qalıb. Bu da həm təmirin gecikməsinə, həm də sakinlərin həyətə daxil olmasına və avtomobil saxlamağa ciddi maneələr yaradır”.

Məsələ ilə bağlı "təmir nə zaman başa çatacaq?” sualına aydınlıq gətirmək üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, sorğuya cavab almaq mümkün olmadı.
 
Günel Hüseynli
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR