İki mərkəzi küçə bağlanır

İki mərkəzi küçə bağlanır
Bütün Xəbərlər
13:09 16.05.2014
772
Bu gün saat 11:00-dan etibarən.
Bakının daha iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 11:00-dən etibarən, Mikayıl Müşviq küçəsində (Qurd qapısı adlanan ərazidən Nərimanov prospektinə qədər olan hissəsinə) nəqliyyat vasitələrinin hərəkəti qismən, Hüseyn Cavid prospektində isə saat 22:00-dan tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
Məlumata əsasən, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR