İki mindən çox hamilə qadın Zika virusuna yoluxub

İki mindən çox hamilə qadın Zika virusuna yoluxub
Bütün Xəbərlər
12:56 31.01.2016
1703
Virusa yoluxma ağcaqanadlar vasitəsilə baş verir.
Kolumbiyada 20,2 mindən çox insan Zika virusuna yoluxub. Onlardan 2,1 mini hamilə qadındır.
Bu barədə Kolumbiya Milli Sağlamlıq İnstitutunun məlumatında bildirilir.
Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır.
Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR