Hadisə Siyəzən rayonunda baş verib Siyəzən rayonunda nişanlı oğlan və qız intihar edib. Hər iki intihar hadisəsi Siyəzən rayonunun Kəndahar kəndində sentyabrın 18-də baş verib. Kənd sakinləri, 1984-cü il təvəllüdlü Quliyev Asif Feyruz oğlu və 1988-ci il təvəllüdlü Əmiraslanova Vüsalə Əmirağa qızı özlərinə asıblar. Kənd sakinlərinin APA-nın şimal bürosuna verdikləri məlumata görə, nişanlıların yaxın vaxtlarda toyları olmalı idi. Onların hansı səbəbdən intihar etdikləri hələlik məlum deyil. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.