İki qardaş birgə 23 yaşlı gənci öldürdü

İki qardaş birgə 23 yaşlı gənci öldürdü
Bütün Xəbərlər
07:48 06.09.2012
1357
Onlar həmkəndlilərinə 16 bıçaq zərbəsi vurublarSabirabadda iki qardaş həmkəndlilərini 16 bıçaq zərbəsi ilə qətlə yetiriblər.Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon prokurorluğundan məlumat daxil olub.Məlumata görə, bu gün saat 20.00 radələrində rayonun Qaragüney kəndində qətl hadisəsi baş verib. Adı çəkilən kəndin sakini, 1986-cı il təvəllüdlü Məmmədov Əliağa Ədalət oğlu qardaşı ilə birgə həmkəndlisi, 1989-cı il təvəllüdlü Həsənov Nurəli Ramiz oğlunu əvvəlcə döyüblər və daha sonra ona 16 bıçaq zərbəsi vuraraq qətlə yetiriblər. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.Qardaşlar isə hadisə yerindən qaçıblar. Onların tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir. Qətlin səbəbləri istintaq tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR