İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının vurduqları Azərbaycan əsgərlərindən ikisinin adı məlum olub.Tərtər rayonun Qapanlı kənd sakinlərinin verdikləri məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.Qeyd edək ki, iylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.Sakinlərin verdikləri məlumata görə, atışma nəticəsində 8 hərbçimiz həlak olub. Fakt dəqiqləşdirilir.