İki tikinti şirkətinin rəhbərləri barədə cinayət işi açıldı

İki tikinti şirkətinin rəhbərləri barədə cinayət işi açıldı
Bütün Xəbərlər
21:40 18.10.2011
1559

Vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. “Kamran B.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətin payçılarının müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin cəmiyyətin vəzifəli şəxsləri Ələkbər Babayev, German Hüseynov, Süleyman Əliyev və Rüfət Nağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə payçıların vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi 3-cü massiv, 34 b saylı ünvanda inşa edilmiş çoxmərtəbəli binada 90 mənzili aldatma yolu ilə 250 şəxsə satmaqla külli miqdarda özgə əmlakını ələ keçiriblər. “Kamran B.Ə.” MMC-nin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Bundan başqa, vətəndaş Gülçöhrə Musayevanın müraciəti əsasında aparılmış araşdırma ilə müəyyən edilib ki, “Birlik-İnşaat” MMC-nin təsisçisi və sədri Elman Tağıyev öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin digər vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girib Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 saylı ünvanda 2005-ci ildən inşasına başladıqları 2 bloklu, 14 mərtəbəli yaşayış binasındakı mənzillərin payçılara paylanması zamanı aldatma yolu ilə eyni mənzilə görə bir neçə vətəndaşla müqavilə bağlamaqla onların hər birindən mənzilin tam dəyərini alaraq külli miqdarda özgə əmlakını ələ keçirməklə fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurublar. “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə küllü miqdarda özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"