FHN məlumat yaydı.
Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və "Qaz" markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qaz" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib.