İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?

İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?
SOSİAL
15:07 17.07.2026
771
Son illərdə ikinci əl avtomobil bazarında alqı-satqının həcmi artsa da, bu sahədə dələduzluq halları və texniki qüsurları gizlədilən nəqliyyat vasitələrinin satışı alıcılar üçün ciddi risk olaraq qalır. Mütəxəssislər bildirirlər ki, ikinci əl avtomobil alarkən təkcə qiymətə və xarici görünüşə deyil, avtomobilin texniki vəziyyətinə, qəza tarixçəsinə, yürüş göstəricisinin həqiqiliyinə və hüquqi sənədlərinə də xüsusi diqqət yetirilməlidir. 

Bəs ikinci əl avtomobil alarkən hansı məqamlara diqqət etmək lazımdır və mümkün risklərdən necə qorunmaq olar?

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, ikinci əl avtomobil bazarında əsas problem ekspertiza rəyinin olmamasıdır:

"İkinci əl avtomobil bazarında əsas problem ondan ibarətdir ki, bir çox ölkələrdə, o cümlədən Türkiyədə alqı-satqı zamanı mütləq ekspertiza rəyi tələb olunur. Yəni avtomobil xüsusi ekspertiza mərkəzində yoxlanılır və həmin mərkəz avtomobilin texniki vəziyyəti barədə rəsmi rəy verir. Ekspert avtomobili yoxladığını, hansı hissələrin saz, hansılarında isə problem olduğunu rəsmi şəkildə təsdiqləyir. Azərbaycanda isə belə bir sistem yoxdur. Halbuki ən çox hüquqları pozulan tərəf məhz alıcıdır. Kim necə bacarırsa, alıcını aldatmağa çalışır. Məsələn, bəzi hallarda avtomobilin yürüş göstəricisi geri çəkilir. Bu qanunsuz olsa da, hələ də belə hallara rast gəlinir”.


O qeyd edib ki, digər problem avtomobillərin əvvəllər hansı qəzanı keçirməsini satıcıların gizlətməsi ilə bağlıdır:

"Eyni zamanda, avtomobilin əvvəllər su altında qalması, ciddi qəza keçirməsi və ya digər mühüm qüsurları alıcıya açıqlanmalıdır. Məsələn, ABŞ-dən avtomobil alınarkən onun tarixçəsində "su basmış avtomobil” (water damage), ağır qəza keçirməsi və ya sığorta tərəfindən yararsız hesab edilməsi kimi məlumatlar göstərilir. Bu məlumatlar avtomobilin bazar qiymətinə də təsir edir. Bizdə isə belə bir şəffaflıq yoxdur. İnsanlar əsasən avtomobilin rənglənib-rənglənmədiyinə diqqət yetirirlər. Halbuki bu, ən son baxılmalı məsələlərdəndir. Əsas problem mühərrik, sürətlər qutusu və digər texniki hissələrdə ola bilər. Bəzən mühərrik yağ sərf edir, lakin bunu ilk baxışda nə usta, nə də alıcı müəyyən edə bilir. Məsələn, Almaniyada belə hallarla bağlı müəyyən mexanizmlər mövcuddur. Avtomobil satıldıqdan sonra müəyyən yürüş müddəti ərzində texniki vəziyyətə nəzarət edilir. Əgər hansısa problem yoxdursa, deməli, sizi aldatmayıblar”.

Nəqliyyat eksperti vurğulayıb ki, digər problem elektron nasazlıqlarla bağlıdır:

"Digər problem elektron nasazlıqlarla bağlıdır. Bəzən avtomobildəki xəbərdarlıq işıqları və elektron səhvlər xüsusi proqram vasitəsilə müvəqqəti silinir. Alıcı avtomobili yoxlatdıranda hər şey normal görünür. Lakin bir neçə gün sonra həmin nasazlıqlar yenidən ortaya çıxır. Satıcı isə məsuliyyəti qəbul etmir və bildirir ki, avtomobili satarkən belə problem olmayıb. Burada ustaları da tam günahlandırmaq düzgün deyil. Çünki usta yalnız yoxlama apardığı an üçün rəy verə bilir. İki-üç gün sonra yaranacaq nasazlığa görə məsuliyyət daşıya bilməz. Təcrübəli ustalar bəzi əlamətlərə əsasən avtomobilin real yürüşünü təxmin edə bilirlər. Məsələn, odometrdə 100 min kilometr göstərilsə də, avtomobilin ümumi vəziyyəti onun əslində 300 min kilometrdən çox istifadə edildiyini göstərə bilər. Təəssüf ki, bəzi satıcılar bu cür məlumatları gizlədərək avtomobili problemsiz kimi satmağa çalışırlar”.

O bildirib ki, bu sahədə vahid elektron sistemin yaradılmasına ciddi ehtiyac var:

"Hesab edirəm ki, bu sahədə müəyyən ekspertiza rəyi məcburi olmalıdır. Bu, alıcıların hüquqlarının qorunmasına xidmət edər. Digər mühüm problem isə avtomobillərin servis tarixçəsinin əlçatan olmamasıdır. Əgər avtomobil rəsmi servisdə xidmət almayıbsa, onun harada və hansı təmir işlərindən keçdiyini müəyyən etmək mümkün deyil. Çünki qeyri-rəsmi ustalarda görülən işlər heç bir vahid bazada qeydiyyata alınmır.
ABŞ və bir sıra Avropa ölkələrində isə bu məlumatlar vahid sistemdə toplanır və alıcı avtomobilin keçmişi ilə tanış ola bilir. Koreyadan ixrac olunan bəzi avtomobillərdə də oxşar problemlər yaşanır - yürüş göstəricisi dəyişdirilir, bəzi qüsurlar gizlədilir və bunu yoxlamaq üçün bizdə etibarlı məlumat bazası yoxdur. Buna görə də Azərbaycanda avtomobillərin servis tarixçəsini və texniki məlumatlarını əks etdirən vahid elektron sistemin yaradılmasına ciddi ehtiyac var”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib