İkiqat dünya çempionunu öldürdülər

İkiqat dünya çempionunu öldürdülər
Bütün Xəbərlər
10:20 21.06.2013
1123
Ukraynanın Qluxov şəhərində məşhur biatlonçu Yelena Demidenko qətlə yetirilib. 
ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə iyunun 18-də gecə saatlarında baş verib. Səhər saat 6-da polis 28 yaşlı idmançının meyitini tapıb.Biatlon üzrə idman mütəxəssisi olan Demidenko yay biatlonu üzrə ikiqat dünya çempionudur. O, iyunun 17-də öz ad gününü qeyd edib. Elə qətl hadisəsinin də bundan sonrakı gün baş verdiyi bildirilir. Meyitin üzərində bir sıra kəsilmiş-deşilmiş yaralar olub.Qətli törədənin ötən il qətlə görə həbs edilən otaq yoldaşının ola biləcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR