İlham Əliyev 2015-ci il üçün yaşayış minimumunu artırdı

İlham Əliyev 2015-ci il üçün yaşayış minimumunu artırdı
Bütün Xəbərlər
10:30 23.12.2014
3026
Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.
AZXEBER.COM-un AzərTAc-a istinadən məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.
Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib. Qanunda qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.
OXŞAR XƏBƏRLƏR