Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Abdullah Gülə telefonla zəng edib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, dost və qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlığını bildirib.