İlham Əliyev Almazbek Atambayevi təbrik etdi

İlham Əliyev Almazbek Atambayevi təbrik etdi
Bütün Xəbərlər
23:10 03.11.2011
1419
Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstanın yeni seçilmiş Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin tarixi ənənələri xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bundan sonra da yaşayacaq və möhkəmlənəcək".
OXŞAR XƏBƏRLƏR