İlham Əliyev: 'Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti hökmən bərpa edəcək'

İlham Əliyev:
Bütün Xəbərlər
16:25 29.06.2012
1396
Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Krans Montana forumunda çıxış edərkən bildirib. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və rəsmi Bakı hökmən onun üzərində nəzarəti bərpa edəcək”. Prezidentin sözlərinə görə, Azərbaycanın mərkəzində yerləşən Dağlıq Qarabağ regionu, BMT və digər təşkilatlar tərəfindən qəbul edilən qədim Azərbaycan torpağıdır. İ.Əliyev qeyd edib ki, beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanın işğal edilən torpaqlarının azad olunması barədə qərarlar qəbul edib.
OXŞAR XƏBƏRLƏR