İlham Əliyev: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”

İlham Əliyev: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”
Bütün Xəbərlər
10:27 20.12.2011
1945
“2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olub. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə ediblər. 700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaq. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcək. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Olimpiya Mərkəzinin açılışındakı çıxışında deyib. Dövlət başçısı bildirib ki, idman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Onun sözlərinə görə, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri hər kəsi ürəkdən sevindirir: “Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. 2011-ci ildə ölkəmizdə beynəlxalq idman yarışları, o cümlədən boks üzrə dünya çempionatı keçirilib. Birinci dəfə deyil ki, biz bu beynəlxalq yarışları Azərbaycanda keçiririk. Hər dəfə bütün qonaqlar qeyd edirlər ki, yarışlar yüksək səviyyədə keçirilir və bizim təşkilatçılıq imkanlarımız çox yüksək səviyyədədir”. Prezident deyib ki, bu il bölgələrdə dörd Olimpiya İdman Kompleksi tikilib - Tovuzda, İmişlidə, Qəbələdə və Sumqayıtda. Onun sözlərinə görə, bu proses davam etdirilir: “Hazırda 10 olimpiya idman kompleksi tikilir, yaxud da ki, tikintisi üçün hazırlıq işləri aparılır. Mən çox şadam ki, bu komplekslərdə həm idmançılar, həm yeniyetmələr, gənclər, uşaqlar məşq edir. Uşaqlar bizim gələcəyimizdir. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil olunub. Bu proses artıq uzun illərdir ki, aparılır. Azərbaycanda həm peşəkar idmançılar öz imkanlarını göstərirlər, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırırlar, həm gənc idmançılar, uşaqlar yetişir. Bu sahədə kütləvilik təmin edilmişdir. Bu, çox gözəl hadisədir, bizi çox sevindirir. Bizim gənc nəsil sağlam olmalıdır. Həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdır”. “Biz ümid edirik ki, bu gözəl meyillər gələn illərdə də davam etdiriləcəkdir. Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bu, böyük, mötəbər yarış olacaq. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni, Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni, bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir, - İlham Əliyev bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub