İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"

SİYASƏT
13:23 31.10.2020
1098
"Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?" sualına cavabında deyib.

"Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır", - Prezident bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"

18:06 05.12.2020

Ermənistan müxalifəti istefası üçün Paşinyana 3 gün vaxt verdi

17:55 05.12.2020

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirildi

17:47 05.12.2020

Müdafiə Nazirliyindən Bakıda keçiriləcək paradla bağlı - AÇIQLAMA

17:40 05.12.2020

Bakıda çoxmərtəbəli binada yanğın başladı

17:32 05.12.2020

Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEOREPORTAJ

17:23 05.12.2020

Ərdoğan: "Azərbaycanın qazandığı qələbə ana südü kimi halaldır"

17:11 05.12.2020

Kəlbəcərin yeni görüntüləri yayımlandı - VİDEO

17:06 05.12.2020

Son dəqiqə! Türkiyədə zəlzələ oldu

16:37 05.12.2020

Hulusi Akar: “Azərbaycan “Bir Vətən Əməliyyatı”nı uğurla həyata keçirdi"

16:22 05.12.2020

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ

16:05 05.12.2020

Azərbaycanda rekord sayda insan koronavirusa yoluxdu

15:55 05.12.2020

Levon Ter-Petrosyan: "Ermənistanı vətəndaş müharibəsi gözləyir"